AZ

Antiqəhrəmanlar - "Araz-Naxçıvan" birinci sıradadır

Azərbaycan Premyer Liqasında bu mövsüm oyunçuları ən çox avtoqola imza edən komanda "Araz-Naxçıvan"dır.

"FutbolPress" məlumatına görə, Muxtar Respublika təmsilçisi 31 turda 4 dəfə öz oyunçuları tərəfindən məyus edilib. İki dəfə Numan Kurdiç qapıları səhv salıbsa, İqor Ribeyro və Vanderson isə hərəyə bir dəfə avtoqola imza atıb.

İkinci sırada "Sabah" yer alıb. "Futuristlər" 3 dəfə avtoqola məyus olub. Boyan Letiç, İshak Belfodil və Con İrasabal hərəyə bir dəfə antiqəhrəman olub.

"Səbail" 2, "Qəbələ", "Turan Tovuz", "Sumqayıt" və "Neftçi" isə bir dəfə avtoqola üzülüb.

"Qarabağ", "Zirə" və "Kəpəz"in bu sarında bəxti gətirib demək olar. Bu üç klubda 31 turda avtoqola imza atan olmayıb.

Kamil Əhməd
Seçilən
24
Mənbələr
Şərh ()
Bağla