AZ

Talibandan saxladığı 6 iranlı sərhədçi barədə qərar

Aprelin 25-də İran-Əfqanıstan sərhədində Taliban qüvvələri tərəfindən saxlanılan 6 İran sərhədçisi sərbəst buraxılıb.

Axar.az xəbər verir ki, bu barədə İran Sərhəd Mühafizəsi Komandanlığı məlumat yayıb.

Məlumatda sərhədçilərin anlaşılmazlıq səbəbindən saxlanıldığı və problem həll ediləndən sonra onların İrana təhvil verildiyi bildirilib.

Qeyd edək ki, Əfqanıstanın Fərah vilayətində 6 İran sərhədçisi sərhədi qanunsuz keçdikləri üçün Taliban qüvvələri tərəfindən saxlanılmışdı.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla