AZ

Ukrayna ordusu “Abrams” tanklarından istifadəniDAYANDIRDI

Ukrayna Silahlı Qüvvələri xüsusi hərbi əməliyyat zonasında ABŞ-ın verdiyi “Abrams” tanklarından istifadəni Rusiya PUA-larının hücumlarına məruz qalması səbəbindən dayandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Associated Press amerikalı rəsmilərə istinadla məlumat yayıb.

Aydınlaşıb ki, tanklardan istifadə rus PUA-larının onları asanlıqla aşkarlaması və texnikanın hücuma məruz qalması ilə çətinləşib. ABŞ 2023-cü ilin yanvarında Ukraynaya hər tankın qiyməti təxminən 10 milyon dollar olmaqla 31 “Abrams” göndərməyə razılaşıb. Lakin Associated Press-in məlumatına görə, o vaxtdan bəri döyüş meydanında dəyişikliklər baş verib.

Döyüş meydanındakı vəziyyət qismən Rusiyanın kəşfiyyat və döyüş PUA-larının geniş tətbiqi ilə əlaqədar əhəmiyyətli dərəcədə dəyişib.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla