AZ

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı TƏKLİF

Milli Məclisin deputatı Vüqar Bayramov Ombudsman İnstitutunun əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, deputat parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib ki, məsələ ilə əlaqəli bir çox ölkələrin təcrübəsinə nəzər yetirib.

Onun sözlərinə görə, apardığı araşdırmalarla həmin ölkələrdə Ombudsman institutu bir çox sahədə illik hesabat hazırlayır: "Həmin hesabatlardan biri də əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlıdır. Çünki çox vacibdir ki, Ombudsman instututu tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlasın. Bu da inkluzivlik baxımından çox önəmlidir Azərbaycan inklüziv inkişafı ilə seçilən ölkələrdəndir. Dövlət başçısı İlham Əliyev də çıxışında dəfələrlə inkluziv inkişafın ölkəmiz üçün prioritet olduğunu qeyd edib".

Seçilən
51
10
Mənbələr
Şərh ()
Bağla