AZ

Tarixi zəfərimizin əqli mülkiyyətə müsbət təsirləri var - Kamran İmanov

Əqli mülkiyyət özündə bir neçə istiqaməti birləşdirir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov "Əqli mülkiyyət müasir mərhələdə" mövzusunda "Dəyirmi masa"da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Əqli mülkiyyətin bir qolu yaradıcılıq, digəri isə bazar fəaliyyətidir. Faktiki olaraq üç mərhələni bağlayır: yaradıcılıq, kreativlik, və bazar fəaliyyəti.

"Hər il biz təhlillər aparırıq. Tarixi zəfərimizin əqli mülkiyyətə də müsbət təsirləri var. Aparılan təhlillər göstərir ki, müəllif huquqları üzrə 717 şəhadətnamə verilmişdisə, 2023-cü ildə bu rəqəm 20 faiz artıb. İxtiralarla bağlı isə 2022-ci ildə 271 ərizə qeydə alınmışdısa, 2023-cü ildə bu rəqəm 11 faiz artıb.

Əmtə nişanları ilə bağlı da ciddi artımlar var", - K. İmanov əlavə edib.

Seçilən
14
2
Mənbələr
Şərh ()
Bağla