AZ

NATO-nun baş katibi Ukraynanın qələbəsinin şərtlərini AÇIQLADI

NATO-nun baş katibi Yens Stoltenberq Kiyevin qələbə şansının davam etdiyini vurğulayaraq, müttəfiqləri Ukraynaya hərbi dəstəyin çatdırılmasını sürətləndirməyə çağırıb.

Yenicag.az xəbər verir ki, bunu Stoltenberq Berlində keçirilən tədbirdə çıxışı zamanı deyib.

Baş katib son aylarda “NATO müttəfiqlərinin Ukraynaya vəd etdikləri dəstəyi vermədiyini” vurğulayıb. “Ancaq Ukraynanın qalib gəlməsi üçün hələ gec deyil, çünki böyük dəstək artıq yoldadır”, o əlavə edib.

Stoltenberq xatırladıb ki, ABŞ Konqresi bu yaxınlarda Ukraynaya yardım üçün əlavə maliyyə ayrılmasını təsdiqləyib və NATO-nun digər üzvləri, o cümlədən Britaniya, Almaniya və Hollandiya yeni yardım paketləri elan ediblər.

“İndi bizim məsuliyyətimiz bu öhdəlikləri real silah və sursat tədarükünə çevirməkdir və bunu tez bir zamanda yerinə yetirməkdir”, – deyə o bildirib.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla