AZ

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Avropa Parlamentində Azərbaycana qarşı çox sərtqətnamə qəbul olunub. 474 avropalı deputat sənədin lehinə, 4 nəfərəleyhinə səs verib, 51 nəfər bitərəf qalıb.

Qətnamədə iqtisadçı və müxalifətçi Qubad İbadoğluna qarşıqaldırılmış cinayət işinin ləğvi, onun ev dustaqlığından azadedilməsi tələb olunur.

Habelə şüquq müdafiəçisi İlhamiz Quliyevin və AvropaParlamentinin "siyasi məhbus" adlandırdığı 300-dən artıq şəcsindərhal azadlığa buraxılması istənilir.

Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) bu ilinyanvarın 25-də Azərbaycanın bu strukturdakı nümayəndə heyətininsəlahiyyətlərini təsdiqləməməsi və nəticədə nümayəndə heyətimizinqərarla bağlı səsvermə başa çatmamış AŞPA-nı tərk etməsini AvropaParlamenti "diqqətə alıb".

Qətnamədə "Toplum", "AbzasMedia", "Kanal 13" və digər müxalifyönlü medianın fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanlarınınaraşdırmalarına son qoyulması, bu strukturların həbs edilmişmənsublarının dərhal buraxılması istənilir.

Eyni zamanda, Avropa Komissiyasına çağırış edilərək energetikasahəsində Avropa İttifaqı ilə Azərbaycan arasında stratejitərəfdaşlığın dayandırılması, Azərbaycanın bir sıra vəzifəlişəxslərinə qarşı cəza sanksiyalarının tətbiq olunması "məsləhət"bilinir.

Beləliklə, Azərbaycana qarşı təzyiq cəhdləri artır, Bakı sərtpressinq vəziyyəti ilə üzləşməyə vadar olunur.

Gəlin, bəsit sualı səsləndirək: Avropa Parlamentinin məqsədinədir və nə üçün bu strukturda sürəkli olaraq Azərbaycan hədəfəalınır?

İkili standartlar, seçkili yanaşma, qərəzli mövqe və s. kimiməqamları sadalaya bilərik və haqlı olarıq, çünki Avroparlamentinölkəmizə qarşı tutuduğu mövqe sözüjedən təşkilata üzv olandövlətlərin total əksəriyyətinə Strasburq münasibətlərində hansısaformada təzahür etmir.

Azərbaycanda sözsüz ki, probelmlər var və onların həlli labüd,vacid və qaçılmazdır.

Həmin problemləri rəsmi Bakı da etiraf edib, edir və həllprosesini Avropa Şurası, AŞPA, Avropa İttifaqı və s. panavropatəşkilatları, habelə müvafiq beynəlxalq strukturlarla birlikdəhəyata keçirmək istəyir.

Həll prosesi tərəfdaşlıq və əməkdaşlıq məcrasında olaraq əsassızittihamları, qərəzli yanaşmanı, seqreqasiya siyasətini, ikilistandartları birmənalı olaraq istisna etməlidir.

Təzyiq mexanizmləri qismində konkret qanunazidd əməllərinə görəhüquq-mühafizə orqanları tərəfindən saxlanılan, Azərbaycanın mövcudqanunvericiliyini pozmaları barədə haqlarında yetərincə dəlillər vəsübutlar olan insanları qəsdən "haqsız təqib edilən şəxslər" kimiqələmə vermək yumşaq desək, məntiqdən kənardır.

"Siyasi məhbus" aberrasiyalarından zərbə vasitəsi kimiyararlanmaq niyyətlərinin nə qədər fəsadlı və mənasız olduğunuAvropanın siyasi təcrübəsində dəfələrlə sübuta yetirilmiş faktsaymaq olardı.

Azərbaycanla münasibətlərdə bütün hədlər keçilir, rasionalyanaşma və praqmat düşüncə birmənalı olaraq rədd edilir.

Reallıq tamam başqadır və o, yetərincə, hətta ifrat dərəcədəsadədir: Avropa Parlamentindəki deputatların tam əksəriyyətininCənubi Qafqazdakı dövlətərlə xalqların maraqları, mənafeləri,regiondakı mövcud durum eyinlərinə deyil.

Azərbaycana qarşı sürəkli ittihamlar irəli sürülür, lakin qonşuGürcüstanda sabiq prezident Mixeil Saakaşvili hələ də uydurmaittihamlarla həbsdəir.

Ermənistanda 820 nəfər (!) ən müxtəlif bəhanələrlə həbs olunubvə onların yeganə günahı siyasi mövqeləridir.

Belədirsə, onda Ermənistana və ya Gürcüstana qarşı niyəsanksiyalar tətbiq olunmur?

Ermənistandan və Qarabağdakı evlərindən qovulan, vəhşiişgəncələrə məruz qalan azərbaycanlılar qaçqınlıqla məcburiköçkünlük həyatını yaşamaq məcburiyyətində qaldıqları 30 il (!)ərzində Avropa Parlamenti onlarla bağlı bir qətnamə, qərar və yahər hansı formatda sənəd qəbul edibmi?

Yox.

Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğaledildiyi 30 il ərzində Avropa Parlamenti aqressor İrəvan rejiminilə bağlı dalbadal, ard-arda bəyannamələr, qətnamələr və qərarlarqəbul etmişdimi, Ermənistanı sanksiyalarla hədələmişdimi, Avropaİttifaqını və Avropa Komissiyasını İrəvanla əlaqələri kəsməyəçağırmışdımı?

Yenə də yox.

Bəhs etdiyimiz strukturun isterikasının vəsiləsi 44 günlükİkinci Qarabağ Müharibəsini ölkəmizin və xalqımızın tam qələbə iləbaşa vurması, Ermənistanı kapitulyasiyaya vadar etməsi, CənubiQafqaz bölgəsindəki geosiyasi reallıqları dəyişməsi və yenisituasiya formalaşdırmasıdır.

Ötən ilin sentyabrında Xankəndindəki separatçı rejim ləğvolandan sonra isə Avropa Parlamenti ümumiyyətlə, çılğın mövqetutaraq diplomatik etiketlə siyasi davranış qaydalarınıümumiyyətlə, bir kənara atdı.

“Siyasi məhbus” problematikasının süni olduğu aydındır. Söz yox,Azərbaycanın məhkəmə sistemi Avropa İttifaqının istəniləndövlətində və ya dünyanın hər hansı ölkəsində olduğu kimidir. Yəniideal deyil. ABŞ-da, Yaponiyada, Kanadada və ya Hollandiyadaillərlə həbsdə olmuş şəxs sonradan günahsız sayılıb: bununla bağlıyüzlərlə, minlərlə fakt və presedent mövcuddur.

Azərbaycanda məhkəmə-ədliyyə sisteminin Qərbi Avropasəviyyəsində olmasını istəyirlərsə, buyursunlar, əməkdaşlığa,tərəfdaşlığa, tam şəffaf və transparent şəkildə fəaliyyətəhazırıq.

Hansısa media strukturunun əməkdaşlarına qarşı “haqsızlıq”edildiyindən bəhs edirlərsə - nümayəndə heyətini və ekspetlərqrupunu yollayıb ibtidai istintaqın materiaları ilə tanış olabilərlər. İstəsələr, görə bilərlər ki, özlərini “müstəqil”adlandıran beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə daxildəntəzyiq etmək, cəmiyyətdə kütləvi narazılıq yaratmaq, radikalmüxalifəti etiraz aksiyalarına hazırlamaq, sadəcə hakimiyyətmənsublarına qarış yönəlmiş “araşdırmalar”ı azad jurnalistika kimiqələmə verməklə əslində alınan sifarişlərin icrası ilə məşğul olmaqvə s. əməllərlə qanunu necə pozublar, yüz minlərlə dollar vəsaitinecə Azərbaycana keçiriblər və “icraçılar” arasındapaylayıblar.

Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlığagəldikdə isə, lütfən, bu məsələ ilə bizi qorxutmağa, hədələməyəçalışmasınlar.

Sinqapur, Meksika, Argentina, Çili, Birləşmiş Ərəb Əmirlikləri,Küveyt, Qətər, Tayvan və ya Cənubi Koreya kimi dövlətlər Aİ iləstrateji tərəfdaşlıq etmirlər, amma “nədənsə” özlərini natamam hissetmirlər.

Qətər, Tunis, Əlcəzair, İraq Aİ ölkələrinə təbii qaz satır,lakin həmin dövlətlərlə bağlı Avropa Parlamenti indiyədək bir dəfəolsun, hansısa sənəd qəbul edərək hədəf seçməyib.

Halbuki sadaladığımız ölkələrdə seçkilər, insan haqları, söz vəifadə azadlığı ilə bağlı çox ciddi problemlər var. Di gəl, AvropaParlamenti bunu görmür və görmək də istəmir, çünki merkantilmaraqlarının tələbatı başqadır.

Qərb kollektiv şəkildə Rusiyaya qarşı ən ağır sanksiyalarpaketlərini qəbul edib, sayı 11 mini keçmiş embarqolara əl atıb.Amma elə həmin Qərb dolayı yollarla, kuluar sövdələşmələrvasitəsilə Rusiyadan xam neft, təbii qaz, daş kömür, metallar,taxta-şalban və s. almağa davam etməklə yanaşı, alış həcmlərinisürəkli artırır.

Hədəfdə isə Azərbaycandır.

Bilirsinizmi, niyə?

Çünki Azərbaycan sülh sazişinin imzalanmasına, şərti dövlətsərhədinin demarkasiyası və delimitasiyasına nail olmaq üççünErmənistanla vasitəçilərsiz, birbaşa danışıqlar apararaq konkretnəticələr əldə etməkdədir.

Çünki Azərbaycan Avropadan “müdrik göstəriş”lər almadan,“bilavasitə vasitəçilik və moderatorluq iştirakı” olmadan CənubiQafqazda sülhlə stabilliyin bərqərarına çalışır.

Çünki Avropa Parlamentinin əsl məqsədi bölgəmizdə sülhlə inkişafyox, Azərbaycanla Ermənistanın fasiləsiz qarşıdurmada, maksimalgərginlikdə olmasına və imkan yaranarsa, hərbi əməliyyatlarınbaşlanmasına nail olmaqdır.

Ən nəhayət, çünki ABŞ-ın Ermənistanı kontrolda saxlamaq, Rusiyavə İranın İrəvana təsir mexanizmlərini zəiflədərək minimallaşdırmaqcəhdlərininr artdığını görən Avropa Parlamenti Bakını hədəfəalmaqla İrəvanı dəstəklədiyini göstərmək, bununla da Avropaİttifaqının Ermənistandakı mövqelərini möhkəmləndirmək istəyir.

… Avropa Parlamentinin ölkəmizlə bağlı qətnaməsi əslindəAvropanın bölgəmiz və ümumiyyətlə, postsovet məkanı ilə bağlıgeosiyasi qərarlar potensialının tükənməkdə olduğunu göstərir.

Bunun isə bir adı var - siyasi parazitizm, risklərlə gərginliyinartırılması və idiotik təzyiq cəhdləri hesabına destruktiv davranışgöstərərək məqsədə çatmaq istəyi.

Siyasi parazitizmin bariz nümunəsi olan, Cənubi Qafqazda onillərboyu vəziyyətin gərgin qalmasında maraqlı olaraq bu ağırvəziyyətdən qidalanan Fransanın taktikasını Avropa Parlamentitəkrarlayır.

Bu qüvvələrə güclü və stabil Cənubi Qafqaz yox, bölgədövlətlərin zəiflədiyi, dialoqa qapalı qalan, münaqişələrdə olduğuregion lazımdır ki, resursları sözün fiziki və məcazi mənasındasümürsünlər.

Avropa Parlamentinin maskaları kimi...

Seçilən
76
4
Mənbələr
Şərh ()
Bağla