AZ

Qohumlar arasında silahlı insident zamanı 3 nəfər yaralanıb

Türkiyənin Adana şəhərində silahlı insident olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Adananın Ceyhan rayonunun Esentəpə rayonunda qohumlar arasında mübahisə qısa müddət sonra insidentə çevrilib.

Tərəflərin bir-birinə ov tüfəngi və tapança ilə atəş açması nəticəsində 3 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili yardım qrupları cəlb edilib.

Yaralılar Ceyhan Dövlət Xəstəxanasına aparılıb.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Şəbnəm Mehdizadə

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla