AZ

Avropa çempionatı: Hidayət Heydərov mübarizəyə başlayır

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.

Futbolpress.az xəbər verir ki, yarışın ikinci günündə daha 3 cüdoçumuz tatamiyə çıxacaq.

73 kq. çəki dərəcəsində Azərbaycanın 2 təmsilçisi, üçqat Avropa çempionu Hidayət Heydərov və Rəşid Məmmədəliyev güclərini sınayacaqlar.

Daha bir cüdoçu Zelim Tçkayev (81 kq) də medal qazanmağa çalışacaq.

Yarışın ilk günündə Balabəy Ağayev gümüş medal qazanmışdı.
Seçilən
23
Mənbələr
Şərh ()
Bağla