AZ

"Əlilliyin təyin edilməsi ilə bağlı problemlər var" - Deputat

"Hər birimizə məlumdur ki, Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluqlar və problemlər var".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Jalə Əliyeva deyib.

O bildirib ki, bu sahədə dövlətin həyata keçirdiyi işlər sahəsində çox böyük uğurlar əldə edilib, amma hələdə bu məsələlərlə bağlı onlarla məktub daxil olur. 

"Təklif edirəm ki, bu qəbildən olan problemlər Ombudsman institutu tərəfində nəzarətə götürülsün".

Anar Kəlbiyev

Seçilən
107
50
Mənbələr
Şərh ()
Bağla