AZ

Heydərov və komanda yoldaşlarının Zaqreb sınağı

Cüdo üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yarışın ikinci günündə Azərbaycan millisinin üç cüdoçusu tatamiyə çıxacaq.

Üçqat Avropa çempionu Hidayət Heydərov da növbəti titul üçün mübarizə aparacaq. Onun iki komanda yoldaşı da medal qazanmağa çalışacaq.

Kişilər
73 kq

Hidayət Heydərov ikinci mərhələdə tatamiyə çıxacaq. O, Kestutis Vitkaskas (Litva)/İndrit Kalhac (Albaniya) görüşünün qalibi ilə qarşılaşacaq.

Rəşid Məmmədəliyev də ilk raunddan azaddır. O, ikinci mərhələdə Darko Topaloviç (Bosniya və Herseqovina)/Coşua Qrin (İrlandiya) görüşünün qalibi ilə üz-üzə gələcək.

81 kq
Zelim Tçkayev də ikinci mərhələdən mübarizəyə qoşulacaq. O, Nace Herkoviç (Sloveniya)/Maksim Triqub (İrlandiya) duelinin güclüsünü sınağa çəkəcək.

Qeyd edək ki, yarışın ilk günündən sonra millimizin hesabında bir medal var. Balabəy Ağayev 60 kq çəkidə gümüş qazanıb.

İdman.biz

Seçilən
43
1
Mənbələr
Şərh ()
Bağla