AZ

Kliniki Tibbi Mərkəzdə laparoskopik exinokokktomiya əməliyyatı uğurla icra olunub

Vətəndaş Quliyeva Gülay Arzuman qızı 22.04.2024-cü il tarixində səhhətində olan narahatlıqlar səbəbilə Kliniki Tibbi Mərkəzə müraciət edib.

 

Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, aparılan müayinələrdən sonra xəstədə qaraciyərin 4a və 7-ci seqmentində yerləşən və hər birinin ölçüsü təqribən 4-5 sm olan exinokokk sisti diaqnozu dəqiqləşdirilib.

 

Kliniki Tibbi Mərkəzin Cərrahiyyə şöbəsinin müdiri Nazim Həsənov və cərrah Leyla Allahverdiyevanın iştirakı ilə xəstə üzərində laparoskopik exinokokktomiya cərrahi əməliyyatı icra olunub.

 

40 dəqiqə davam edən əməliyyat uğurla başa çatıb. Əməliyyatdan sonrakı günlərdə hər hansı ağırlaşma müşahidə olunmayıb.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla