AZ

Etdiyi təklifə görə jurnalistin atasını qəbirdən çıxarmaq İSTƏDİLƏR - VİDEO

Etdiyi təklifə görə jurnalistin atasını qəbirdən çıxarmaq İSTƏDİLƏR - VİDEO

Tarixə nəzər salsaq görərik ki, Gəncənin adı bir neçə dəfə dəyişdirilib. 4 min illik zəngin tarixə malik Gəncə şəhəri 1804-cü ildən 1918-ci ilə qədər Yelizavetpol adlandırılıb. 1918-ci ildən Gəncə adı yenidən bərpa edilsə də 22 fevral 1935-ci ildə şəhərin adı dəyişdirilərək Kirovabad olub. Nəhayət 54 il sonra şəhərin adı özünə qaytarılıb. Gəncənin adının qaytarılmasının ilk təşəbbüskarı isə həmin vaxtlar Kirovabadskiy raboçiy qəzetinin əməkdaşı olan əməkdar jurnalist Nüşabə Məmmədli olub. Sonxeber.az xəbər verir ki, Əməkdar jurnalist məsələ ilə bağlı Apa TV-yə açıqlama verib.

"Azərbaycan jurnalistlərinin yeddinci qurultayı idi. Mənə söz verəndə dərhal dedim ki, biz dünya ədəbiyyatına və mədəniyyətinə böyük Nizami Gəncəvini, Məshəti Gəncəvini bəxş edən şəhərin adı dünya xəritəsində yoxdur. Mən istəyirəm ki, bu şəxslərin doğulduğu adı qədim Gəncə adı geri qayıtsın. İnsanlar çıxışımı alqışlar ilə qarşıladı. Mərkəzi Komitənin birinci katibi birdən əlini masaya çırpdı və dedi ki, siz kimin çıxışına əl çalırsız. Bizim içimizdə xalq düşməni oturub".

Qurultayda başqa bir məsələ barədə danışmalı olan jurnalist əlindəki fürsəti doğma şəhərinin adının bərpası üçün istifadə edib.

"Hacı müəllim jurnalistlər ittifaqının katibi idi. O arxaya çevrilib mənə dedi ki, Nüşabə xanım siz rus dilli təhsili bitirmisiniz. Burada Moskvanın nümayəndləri oturub. Bəlkə təklif edəsiniz ki, jurnalistlər üçün ev tikilsin. Mən də dedim ki, yaxşı. Amma ən böyük arzularımdan biri şəhərin adının bərpası idi".

Qurultaydan sonra Nüşabə xanım və ailəsi ciddi təzyiqlərə məruz qalır.

Ətraflı Apa TV-nin süjetində:

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla