AZ

Samir Abasov "Barselona"nın prezidenti ilə görüşdü

style='margin-bottom:10px;'>

"Sumqayıt"ın baş məşqçisi Samir Abasovun "Barselona"da təcrübə proqramı davam edir. 

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, proqram çərçivəsində "Barselona" Akademiyasının - "La Masiya"nın fiziki hazırlıq üzrə direktoru Manuel Lapuente ilə görüşən mütəxəssis gənc oyunçuların fiziki hazırlıq proqramları və onların əsas komandaya adaptasiyası haqqında təcrübələri ilə tanış olub. 

Samir Abasov səfər çərçivəsində, həmçinin, "Barselona" B komandasının baş məşqçisi Rafael Markeslə də görüşərək fikir mübadiləsi aparıb. 

"Sumqayıt"ın çalışdırıcısı ötən gün "Barselona"nın əsas komandasının məşqini izləyib və  klubun prezidenti Xuan Laporta ilə də görüşüb.






SəhifəninYuxarı

Seçilən
39
7
Mənbələr
Şərh ()
Bağla