Süni intellektin köməyi ilə Platonun məzarı tapılıb
İtaliyanın Piza Universitetinin alimləri qədim mətnlərdə adı keçən filosof Platonun məzarını tapıb.
Reyting.az xəbər verir ki, məzar 18-ci əsrdə Herkulaneumda tapılan papirus yazılarını süni intellektdən istifadə edərək oxumaqla kəşf olunub.
Məlumata görə, filosof Platonun Afinadakı Musalar məbədinin yanındakı bağda yerləşən Afina Akademiyasında dəfn olunduğu müəyyən edilib.
V. QULİYEV