AZ

Husilər: “İsrail gəmisini vurduq”

Yəməndəki husilər Ədən körfəzində İsrail gəmisinə və İsrailin cənubundakı Eylat sahilindəki hədəflərə raketlər və pilotsuz uçuş aparatları ilə hücum etdiklərini açıqlayıb.

KONKRET.az xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Seri televiziya çıxışında İsrailin “MSC Darvin” gəmisini vurdğunu deyib.

Husi qüvvələrinin Qırmızı dəniz, Oman dənizi və Hind okeanında İsrail və ona bağlı olan gəmilərin naviqasiyasını əngəlləməyə davam etdiyi bildirilib.

“İşğal altındakı Fələstində düşmən İsrailin hədəflərinə qarşı daha çox hərbi əməliyyatlar həyata keçirməyə davam edirik. İsrail təcavüzünü dayandırmayınca Fələstin xalqına dəstək davam edəcək”, – deyə Seri bildirib.

Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.

Natiq Səlim,

KONKRET.az

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla