AZ

“Bayer”in futbolçusuna yeni müştəri

“Bayer”in futbolçusu Ceremi Frimponq daha bir klubun maraq dairəsinə düşüb.

İdman.biz xəbər verir ki, yarımmüdafiəçi “Mançester Yunayted”in hədəfindədir.

İngiltərə klubu 23 yaşlı niderlandlının bu yay heyətinə qatmağı planlaşdırır. Premyer Liqa təmsilçisinin nümayəndələri uzun müddətdir yaxından izlədikləri futbolçu ilə danışıqlara yaxın günlərdə başlamaq niyyətindədir.

Qeyd edək ki, Frimponq mövsümün 40 matçında 13 qol və 11 assistə imza atıb.

İdman.biz

Seçilən
36
1
Mənbələr
Şərh ()
Bağla