AZ

Anastasiyanın keçmiş ərinin məhkəməsi başladı

Bakı Apellyasiya Məhkəməsində əzab vermədə təqsirləndirilən Yalçın Bektimirovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 

Məhkəmənin növbəti iclası mayın 2-nə təyin edilib.

 

Qeyd: Bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yaymışdı. O, keçmiş həyat yoldaşı Yalçın Bektimirovun törətdiyi əmələ görə həbs edildiyini, bir müddət sonra azadlığa çıxacağını bildirib. O qeyd edib ki, münaqişəli vəziyyətdə olduğu keçmiş əri azadlığa çıxandan sonra birgə yaşadıqları mənzilə qayıdaraq həmin evdə yaşaya bilər.

 

O, yaranmış vəziyyətin özü və övladı üçün təhlükəli olduğunu bildirərək kömək istəyib. Hadisə günü haqda danışan Anastasiya bildirib ki, həyat yoldaşının növbəti işgəncəsindən sonra gözündən zədə alıb və xəstəxanaya çatdırılıb. Qadının sözlərinə görə, sonra yenidən 2 dəfə əməliyyata girdim və gözüm çıxarılaraq yerinə protez taxılıb.

 

Qeyd: Məhkəmə materiallarından həmin mənzilin Y.Bektimirova ilə A.Bektimirovanın birgə mülkiyyətində olması məlum olub.

 

Xatırlatma: Yasamal Rayon Məhkəməsinin hökmü ilə Yalçın Bektimirov Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə) maddəsi ilə təqsirli bilinib. Həmin vaxt ona 2 il həbs cəzası təyin edilib. Anastasiya Bektimirova ərinin ona mütəmadi şiddət göstərdiyini bildirib.

 

Kamal Məmmədov

Tarix: 26 Aprel 2024, 08:46   
Seçilən
40
Mənbələr
Şərh ()
Bağla