AZ

Ermənistanın azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”

“Ermənistanın müxtəlif bölgələrində dünənki dinc itaətsizlik aksiyaları hakim komandada ikili əhval-ruhiyyə yaradıb. Bəzi məlumatlara görə, müzakirələr zamanı “Vətəndaş sazişi” deputatlarının bəziləri hökumət nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin görülməsinin zəruriliyindən danışaraq 44 günlük müharibədən sonrakı günlərin nəfəsinin hiss olunduğunu və mümkün sürprizlərə hazır olmaq lazım olduğunu vurğulayıblar. Lakin çoxlarını sözügedən aksiyalar narahat etməyib, onlar əmindirlər ki, mübarizənin vüsət alacağı ehtimalı azdır”.
 
Moderator.az xəbər verir ki, bunu səhər saatlarında “Hraparak” yazır.
 
Erməni nəşri onu da iddia edir ki, Ermənistanın hakim komandası 1988-1989-cu illərdə Ermənistandan qovulmuş  azərbaycanlıların geri qayıtmaq ehtimalından çox ehtiyat edir.
 
“Yeri gəlmişkən, hakim komanda azərbaycanlı qaçqınların qayıtması məsələsinin gündəmə gələcəyi gündən xüsusilə qorxur. Düşünürlər ki, o zaman onların tərəfindən heç bir manipulyasiya nəticə verməyəcək və heç bir halda adamlara(yəni ermənilərə-S.L.) “nəsihət” verə bilməyəcəklər ki, bura azərbaycanlıların torpağıdır, ona görə də qayıtmalarına icazə veririk. Əgər indi bəyan etsələr ki, Ermənistan sərhədinin bir millimetrini də təhvil vermirlər, Azərbaycana verdikləri onların öz torpağıdır, deməli, azərbaycanlı qaçqınların qaytarılması zamanı vəziyyəti “fırlatmaq” mümkün olmayacaq. Hətta hakim komanda belə proqnozlaşdırır ki, Azərbaycan ailələri ilə birgə Ermənistana qaçqın adı ilə xüsusi xidmət orqanlarının nümayəndələrini göndərəndə “hər şey” o zaman başlayacaq...
 
Xatırladaq ki, İlham Əliyev vaxtilə Ermənistanda yaşayan 250 minə yaxın qaçqının indi artıb çoxaldığını və onların nəsillərinin də Ermənistana gələ biləcəyini açıqlayıb”, -deyə davamında erməni qəzeti bildirir.
 
S.Laçın
 
Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla