AZ

Uşaqlarını öz himayəsinə keçirmək istəyən şəxs sevgilisini döydü

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Samir Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməyib.
 

İttihama görə, hadisə Abşeron rayonu ərazisində qeydə alınıb.

 
Belə ki, 25 mart 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb.

 

Belə ki, Samir Məmmədov qeyri-rəsmi ər-arvad münasibətində olduğu zərərçəkmiş Mahirə Dadaşzadənin (şərti) аzyаşlı övlаdlаrı ilə birlikdə kirаyədə yаşаdığı ünvanına gəlib. O, qadına həmin münаsibətdən оlаn azyaşlı övladlаrını özünün himаyəsinə götürüb sахlаyаcаğını bildirdirib. Mahirə isə bunа еtirаz edib. Sonra Samir zərərçəkmişin üzərinə hücum еdib, qəsdən əl, yumruq zərbələri ilə оnun sifət, bаş və bədəninin müхtəlif nahiyələrinə аrdıcıl zərbələr vuraraq xəsarət yetirib.

 

Kamal Məmmədov

Tarix: 26 Aprel 2024, 08:40   
Seçilən
12
Mənbələr
Şərh ()
Bağla