AZ

Bakıda evlərin bahalaşmasına səbəb - QANUNA EDİLƏN DƏYİŞİKLİK OLUB

Bakıda fərdi evlərin qiymətinin artmasınnı səbəblərindən biri qanunsuz tikililərlə bağlı qanunvericiliyə edilən dəyişikliklər olub. 

FED.az xəbər verir ki, son dövrlər qanunvericiliyə qanunsuz tikililərlə bağlı bir sıra sərt qaydalar əlavə edilib. 

Belə ki, icazəsiz tikilən obyektlərin, evlərin su, qaz, elektrik təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması qadağan olunur. 

İcazəsiz tikinti aparan şəxslər üçün 2 ildək  müəyyən vəzifə tutma fəaliyyətindən məhrum etmə, 1 ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. 

Eləcə də bu cür tikililərin qaz, su, elektrik və kanalizasiya sisteminə qoşulmasına görə, vəzifəli şəxsləri 2-4 min manat məbləğdə cərimə, 3 ildək vəzifə tutma hüququndan məhrum edilmə, 2 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. 

İcazəsiz tikililərin su və qaz təchizatı şəbəkələrinə qoşulması 01.10.2023-cü il tarixdən, elektrik şəbəkəsinə qoşulması isə 01.01.2024-cü il tarixdən qadağan edilib. Başqa sözlə, qanuni prosedurla tikilməyən tikililərə su, qaz və elektrik enerjisinin verilməsi qadağan edilib. 

Bu qayda nəticəsində təkrar bazara (ikinci əl fərdi evlər) tələbin artması və bunun nəticəsində fərdi yaşayış evlərinin qiymətində artımın müşahidə edilməsi gözlənilir.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla