AZ

Rusiya bu raketi vura bilməyəcək - Ekspert

ATACMS-ın tətbiq edilməsi hədəfin zəmanətli məhv edilməsi deməkdir.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

O bildirib ki, Rusiya komandanlığı bu raketlərin üstün imkanlarından qorxur: “Onu yalnız görmək mümkündür, vurmaq yox”.

Ekspert bildirib ki, Rusiya komandanlığı bu səbəbdən S-500 zenit-raket kompleksini istifadə etməyə başlayıb:

“Dörd, yaxud 6 qurğudur. Bunları da Krım körpüsünün müdafiəsi üçün təyin edib. Ümid edirlər ki, Krım körpüsünü qoruyacaq, lakin əminəm ki, bacarmayacaq”.

Qeyd edək ki, ABŞ-ın Ukraynaya hərbi yardım paketinə ATACMS raketləri də daxildir.

Seçilən
30
2
Mənbələr
Şərh ()
Bağla