AZ

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Füzuli

Bakı, 26 aprel, AZƏRTAC

"Arzu edirəm ki, bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar".

Bu sözləri AZƏRTAC-a müsahibəsində keçmiş məcburi köçkün, Füzuli sakini Ağa Abdullayev söyləyib.

Böyük Qayıdışın Füzuli salnaməsi davam edir. Keçmiş məcburi köçkünlərimiz sevinc, qürur, fəxr hissi ilə öz doğma yurdlarına, el-obalarına qayıdırlar.

"Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tarixi qələbə qazandı, torpaqlarımızı işğaldan azad etdi. Bizə yaradılan şəraitə görə dövlət başçımıza minnətdarıq",- deyə A.Abdullayev bildirib.

A.Abdullayev qalan ömrünü doğulub boya-başa çatdığı yerdə yaşamaq istədiyini və Füzuliyə ailəsi ilə birgə getdiyini vurğulayıb. O, torpaqlarımızın azad olunmasında əməyi olan Azərbaycan Ordusuna təşəkkür edib, qazilərə şəfa, şəhidlərə rəhmət diləyib.

Keçmiş məcburi köçkün qeyd edib ki, 44 günlük Vətən Müharibəsində onun bir neçə yaxını canından keçərək şəhidlik zirvəsinə yüksəlib.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla