AZ

Çimərlikləri, parkları gəzir, itmiş metal əşyaları axtarır - VİDEO

Çimərlikləri, parkları gəzir, itmiş metal əşyaları axtarır - VİDEO

Çimərlikləri, parkları,. meşələri gəzir və itmiş metal əşyaları axtarır. Svetlana Kazımova deyir ki, o Azərbaycanda belə hobbisi olan ilk xanımdır. Bu işdə isə köməyinə dedektor gəlir. Belə ki, metala həssas olan bu cihaz müxtəlif dərinlikdə batmış əşyaları səs siqnalı vasitəsilə aşkarlayır.

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı Svetlana Kazımova "Xəzər Xəbər"ə öz məşğuliyyəti haqqında danışıb.

"İki ildir tez-tez dəniz sahilinə gedirəm. Sonradan profesional cihaz aldım. Bu dedektor vasitəsilə isə axtarışlara başladım. Əsasən qəpikləri tapıram. Hər kəs müxtəlif reaksiya verir. Hətta təəccüblə mina axtarırsan sualını verənlər belə olur. Bir çoxlarına bu iş maraqlı gəlir. Ancaq həyəcanla və qorxu ilə qarşılayanlar var".

Xanım bu işə hobbi kimi yanaşsa da qazancıda az olmur. Çünki bəzən dedektoruna qiymətli metallar və aksesuarlar,.antik əşyalar düşür. O bildirib ki, tapşırıqlarını əvvəl muzeylərə və kolleksiyaçılara təqdim edib. Ancaq qarşılığında verilən məbləğ isə onu razı salmayıb.

Ətraflı "Xəzər Xəbər"in süjetində:

Seçilən
62
50
Mənbələr
Şərh ()
Bağla