AZ

Regional Elmi Mərkəzə cərimə yazıldı

AMEA Lənkəran Regional Elmi Mərkəzə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Lənkəran Rayon Məhkəməsinin hakimi Murad Aslanovun sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 26 Aprel 2024, 08:22   
Seçilən
19
7
Mənbələr
Şərh ()
Bağla