Türkmənistan MDB ölkələri ilə səmərəli əməkdaşlığa böyük əhəmiyyət verir.
“Report” Türkmənistanın rusdilli rəsmi qəzeti olan
Meredov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova MDB Hökumət Başçıları Şurasının mayın 24-də Aşqabadda keçirilməsi planlaşdırılan növbəti iclasına hazırlıq barədə məlumat verib. Onun sözlərinə görə, mayın 20-də Türkmənistan Xarici İşlər Nazirliyində məlumat brifinqinin, mayın 23-də isə Aşqabadda işgüzar görüşün keçirilməsi planlaşdırılır.
Berdiməhəmmədov qeyd edib ki, Türkmənistan MDB ilə sıx əməkdaşlıq edir və onun assosiativ üzvü kimi birliyin işində fəal iştirak edir. Dövlət başçısı XİN rəhbərinə qarşıdan gələn müşavirəyə hazırlığın yüksək təşkilati səviyyədə aparılmasını təmin etməyi tapşırıb.
Qeyd edək ki, mayın 24-də Aşqabadda MDB-yə üzv ölkələrin Hökumət Başçıları Şurasının iclası keçiriləcək. Əvvəlki görüş 2023-cü il oktyabrın sonunda Bişkəkdə baş tutub. Sonra Rusiya, Belarus, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistanın hökumət başçıları, Azərbaycan, Ermənistan və Türkmənistanın baş nazirlərinin müavinləri, həmçinin Avrasiya İqtisadi İttifaqının strukturlarının və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.