AZ

Çin Xarici İşlər Nazirliyi Vaşinqtonu qırmızı xətləri keçməməyə çağırıb

ABŞ Çinin daxili işlərinə qarışmamalı və onun inkişafının qarşısını almamalıdır.

APA xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündə deyib.

Van İ həmçinin Vaşinqtonu Çinin qırmızı xətlərini keçməmək barədə xəbərdarlıq edib.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin ABŞ üçün qırmızı xətt çəkmişdi.

O, Tayvanın mülkiyyəti məsələsinin Çin üçün əsas olduğunu və Pekin ilə Vaşinqton arasındakı münasibətlərdə ABŞ-nin keçməməli olduğu açıq qırmızı xətt olduğunu vurğulayıb.

Seçilən
46
4
Mənbələr
Şərh ()
Bağla