AZ

TƏBİB-in nümayəndə heyəti Türkiyədətibbi turizm sərgisində iştirak edib

TƏBİB-in əməkdaşları və tabeli tibb müəssisələrində çalışan xəstəxana direktoru, müavin və digər rəhbər şəxslərdən ibarət nümayəndə heyəti Türkiyənin Antalya şəhərində keçirilən "Tibbi turizmin gələcəyi" adlı konfrans və sərgiyə qatılıblar.

 

Bu barədə Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla xəbər verir.

 

Konfrans çərçivəsində TƏBİB nümayəndə heyəti Türkiyənin və dünyanın nüfuzlu klinikaları, tibbi sığorta və tibbi texnologiya şirkətləri ilə tanış olub, sahə üzrə beynəlxalq təcrübəni nəzərdən keçiriblər.

 

Daha sonra TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Anar Ağayev, Beynəlxalq əlaqələr departamentinin böyük məsləhətçisi Ramin Burcəliyev, Yeni Klinikanın “TƏBİB Akademiyası” şöbəsinin rəhbəri, Sabunçu Tibb Mərkəzinin, Mərkəzi Neftçilər Xəstəxanasının, Kliniki Tibbi Mərkəzin, Gəncə Birləşmiş Şəhər Xəstəxanasının, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının, Abşeron, Şəki, Qəbələ, Quba, Şamaxı, Cəlilabad rayon mərkəzi xəstəxanalarının direktorları, Respublika Klinik Xəstəxanası və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktor müavinləri Antalyada keçirilən tibbi turizm sərgisinə qatılıblar.

 

Səfər çərçivəsində Antalyada yerləşən bir neçə klinikanın iş prinsipi ilə də yaxından tanış olan Azərbaycan nümayəndə heyəti qarşılıqlı təcrübə mübadiləsində iştirak ediblər.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla