AZ

ABŞ Ukraynaya silah tədarükü üçün yeni müqavilələr bağlamağa hazırlaşır

Bakı. Trend:

ABŞ Ukraynaya silah və texnikanın tədarükü üçün Amerikaşirkətlər ilə 6 milyard dollarlıq müqavilə bağlamağahazırlaşır.

Trend-inməlumatına görə, bu barədə "Politico" qəzeti iki ABŞ rəsmisinəistinadən bildirib.

Onların sözlərinə görə, beləliklə, Amerika administrasiyasıKiyev üçün ən böyük yardım paketlərindən birinə “son nöqtələri”qoyur. Mənbələrin bildirdiyinə görə, bura "Patriot" hava hücumundanmüdafiə sistemləri, artilleriya mərmiləri, pilotsuz uçuşaparatları, PUA əleyhinə vasitələr və "hava-hava" raketləridaxildir.

Qeyd olunub ki, müqavilələrin bağlanması üçün vəsait ABŞKonqresinin Kiyevə yardım üçün ayırdığı 61 milyard dollardanayrılacaq. Nəşr vurğulayıb ki, sözügedən silahlar böyük ehtimallaUkraynaya yalnız bir neçə ildən sonra gələcək.

Məqalədə:
Seçilən
80
1
Mənbələr
Şərh ()
Bağla