AZ

Google-un ana şirkətinin xalis mənfəəti 57 faiz artıb

Google-un ana şirkəti Alphabet 2024-cü ilin birinci rübü üzrə balans hesabatını açıqlayıb.

Marja.az xəbər verir ki, Alphabet-in ilin ilk rübündə gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 15% artaraq 80,5 milyard dollar təşkil edib. Şirkət 2023-cü ilin birinci rübündə 69,8 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin xalis mənfəəti birinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 57 faiz artaraq 23,7 milyard dollar olub. “Alphabet” ötən ilin birinci rübündə 15,1 milyard dollar xalis mənfəət əldə etmişdi.

Şirkətin ötən ilin yanvar-mart dövründə 1,17 dollar olan səhmbaşına mənfəəti bu ilin eyni dövründə 1,89 dollara yüksəlib.

Seçilən
123
2
Mənbələr
Şərh ()
Bağla