Bakı, 26 aprel, AZƏRTAC
Rusiyalı kosmonavtlar Oleq Kononenko və Nikolay Çub Beynəlxalq Kosmik Stansiyanın (BKS) xarici səthində təmiri başa çatdıraraq stansiyaya qayıdıblar.
AZƏRTAC xəbər verir ki, bortdankənar təmirin 7 saata bitəcəyi gözlənirdi. Lakin kosmonavtlar işi vaxtından əvvəl – 4 saat 36 dəqiqəyə başa çatdıra biliblər.
Bu müddət ərzində kosmonavtlar radiolokator və digər avadanlıqları təmir edə biliblər. Hər 2 şəxs stansiyanın daxilinə qayıdıb və özünü yaxşı hiss edir.