AZ

“Rusiya müharibə iqtisadiyyatına keçib – Ukrayna bu ölkəni məğlub edə bilıməyəcək”

“Ukrayna Rusiyanı məğlub edə bilməyəcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri Niderlandın müdafiə naziri Kaysa Ollonqren bildirib.

“Biz gördük ki, Rusiya məruz qaldığı böyük itkilərdən daha tez qurtara bildi. Artıq bu ölkə müharibə iqtisadiyyatına keçib, daha çox silah istehsal etməyə başlayıb və ehtiyatlarını gözlədiyimizdən daha sürətli xeyli artıra bilib. Əlbəttə, bu, vəziyyəti daha da pisləşdirib. İndi Ukraynanın son nəticədə Rusiyanı məğlub edə bilməyəcəyi açıq-aydın görünür.

Ollonqren cəbhədəki mövcud vəziyyəti sursat çatışmazlığı səbəbindən olduqca çətin adlandırıb.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla