AZ

“Mançester Siti” darmadağınla ikinci pilləyə qalxdı

İngiltərə Premyer Liqasında 29-cu turdan təxirə salınmış daha bir oyun keçirilib. 

Yenisabah.az xəbər verir ki, “Mançester Siti” səfərdə “Brayton”un qonağı olub. Matç Mançester şəhərinin təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

Bu qələbə sayəsində xallarının sayını 76-a çatdıran Pep Qvardiolanın komandası turnir cədvəlində “Liverpul”u geridə qoyaraq ikinci pilləyə yüksəlib. Onlardan 1 oyun çox keçirmiş “Arsenal” isə 77 xalla liderdir.  

"Brayton” - “Mançester Siti” - 0:4

Qollar: Kevin de Bruyne, 17, Fil Foden, 26, 34, Yulian Alvarez, 62


Telegram kanalımız
Seçilən
144
11
Mənbələr
Şərh ()
Bağla