AZ

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycanlı yazıçı Solmaz Amanovaya Çingiz Aytmatov medalı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimi Azərbaycanda keçirilən Qırğız Mədəniyyəti Günləri çərçivəsində baş tutub.

Professor Amanovaya təltifi Çingiz Aytmatov Beynəlxalq Fondunun prezidenti Eldar Aytmatov çatdırıb. Yazıçıya təşəkkürnamə, vəsiqə və Aytmatov xatirə medalı təqdim olunub.

Qeyd edək ki, çox sayda kitabın müəllifi olan Solmaz Amanova Avropa Təbii Elmlər Akademiyasının tibb və uşaq ədəbiyyatına verdiyi töhfələrinə görə Leonardo da Vinçi medalı, "Robert Kox", Avropanın Şərəf ordeni, Dostluq ordeni, "İohan Voltqanq Höte", "Fridrix Şiller" və "Qrimm Qardaşları" medalları ilə təltif olunub.

Seçilən
103
5
Mənbələr
Şərh ()
Bağla