AZ

Ehtiraslı öpüşmə taktikası: Sevgilinizin ağlını başından almaq istəyirsiniz?

Sevgilinizi öpmək onu sevdiyinizi göstərməyin ən asan yollarından biridir. Əgər öpüşlərinizlə partnyorunuzu daha çox təsirləndirmək və onu sizə aşiq etmək istəyirsinizsə, diqqət etməli olduğunuz bəzi məsləhətlər var. Sevgilinizi bütün duyğularınız və ürəyinizlə öpün.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, mükəmməl bir öpüş üçün qızıl qaydalar bunlardır.

Əgər öpüşlərinizlə tərəfdaşınızı heyran etmək istəyirsinizsə, bəzi maddələrə diqqət yetirməlisiniz. Yaxşı öpüşmək həmişə asan deyil. Bəzən yaxşı gedən hər şeyi məhv etməyə səbəb ola bilər. Yaxşı öpüşmək istəyirsənsə, bunu tələsmədən etməlisiniz.
 
Gigiyena
 
Öpüşmədən əvvəl ağız gigiyenasına diqqət yetirmək lazımdır. Nəfəsinizin həqiqətən pis qoxusu olmadığına əminlik daha yaxşı olardı.
 
Ağzınızdan pis qoxu gəldiyini düşünürsünüzsə, dərhal dişlərinizi fırçalayın və ya nanə konfeti ilə ağız qoxusunu yox edin. Mütəmadi olaraq ağız boşluğuna qulluq edin və ağız qoxusunun qarşısını alın.
 
Fransız öpüşü
 
Öpüşərkən ağzınızı tamamilə açmaq partnyorunuz üçün pis imic yaradır. Dodaqlarınız bir az aralanmış halda öpməlisiniz. Öpüşərkən dilinizdən yüngül istifadə edərək partnyorunuzu heyran edə bilərsiniz.

Bununla belə, bunu edərkən həddindən artığna getməməlisiniz. Fransız öpüşündə dişlərə diqqət yetirmək vacibdir. Dişlər çox vurğulanmamalıdır. Əks halda, yaxşı gedən hər şeyi bir anda məhv edə bilərsiniz.

Gözlər
 
Səmimi bir öpüş üçün gözlərinizi yumun və özünüzü sevgiyə təslim edin. Partnyorunuza bu anı dərindən hiss etdirin.
 
Öpüşərkən gözlərinizi açmaq və göz təması qurmaq sizi fərqli ölçülərə apara bilər. Gözləriniz açıq şəkildə öpüşməyə də cəhd etməlisiniz. Ancaq sevgini tamamilə hiss etmək istəyirsinizsə, gözlərinizi yummağı seçin.
 
Qucaqlayın... əllərini tutun
 
Öpüşərkən bədən və əl dilindən istifadə edin. Öpüşərkən tərəfdaşınızı qucaqlayın və ya əllərini tutun. Onunla ünsiyyət aranızda olan cazibəni daha təsirli edə bilər.
 
Tərəfdaşınızın saçını, boynunu və ya üzünü əlləriniz arasında tutmaq öpüşünüzü daha təsirli edəcək. Bu səbəbdən öpüşərkən özünüzü məhdudlaşdırmayın. Tərəfdaşınıza toxunmaqdan çəkinməyin.
 
Romantik olun
 
Partnyorunuzun alt, sonra isə üst dodaqlarını öpmək hər ikinizi xoşbəxt edəcək bir hərəkət olacaq. Siz həmçinin onun sərtlik səviyyəsini yaxşı tənzimləməlisiniz.

Romantik bir öpüşmə anındasınızsa, öpüşməni yumşaq səviyyədə saxlamalısınız. Əgər öpüşünüz ehtiraslı olarsa, bu, qarşı tərəfə cinsi əlaqə mesajı verir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
75
3
Mənbələr
Şərh ()
Bağla