AZ

Boliviya prezidenti: “Fələstinə qarşı ədalətsizlik edildi”

“Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Fələstinə ədalətsiz rəftar edildi”.

KONKRET.az xəbər verir ki, bu bəyanatla Boliviya prezidenti Luis Arce çıxış edib. O hesab edir ki, ABŞ-ın Fələstinin BMT üzvü olmaq istəyinə tətbiq etdiyi veto planetin digər ölkələri kimi bu dövlətin beynəlxalq təşkilatda iştirakına mane olub.

“Biz Fələstin xalqına qarşı törədilən soyqırımı, eləcə də uşaqların dünyanın gözü qarşısında öldürülməsi vəziyyətini qəbul etmirik”, – deyə Arce bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
92
Mənbələr
Şərh ()
Bağla