AZ

Dünyanın ən izdihamlı turist bölgəsində uşaqlar insan skeletləri ilə oynayır - FOTOLAR

Dünyanın ən sıx məskunlaşdığı şəhərlərdən biri Filippinin paytaxtı Maniladır. Şəhər turizm baxımından ön sıralarda olsa da, gündə cəmi bir neçə manat qazanan insanlar çox çətin şəraitdə yaşayırlar.


Bu vətəndaşların bəziləri şəhərin ən böyük qəbiristanlığında məskunlaşıb və çətin şəraitə baxmayaraq, 50 ildən artıqdır burada yaşamağa davam edirlər. 

 

Sfera.az ölümlə həyatın yan-yana mövcud olduğu bu maraqlı yeri sizin üçün təqdim edir.

 

Ley və Ceyms Manila Şimal Qəbiristanlığında yaşayan onlarla kasıbdan yalnız ikisidir...


Yataq otağı kimi istifadə etdikləri yer iki məzar daşının üstündə yatdıqları ərazidir.


Filippinin paytaxtı Maniladakı Şimal qəbiristanlığı ilk dəfə 1904-cü ildə açılsa da, 1950-ci illərdən bəri təxminən 10.000 insanın yaşayış sahəsinə çevrilib.


Qəbiristanlıqda yaşayan uşaqlar kəllə və ya çürümüş bədənlərlə oynayırlar.


200 hektar ərazidə yerləşən Manila Şimal Qəbiristanlığı ölkənin ən böyük qəbiristanlığı olduğu üçün burada məşhurlar, yazıçılar, kino ulduzları, nüfuzlu şəxslər və digər məşhur insanlar dəfn olunur.


Digər tərəfdən varlılar üçün qəbiristanlıq olan bu yer kasıblar üçün qorxu filmi kimi yaşayış yeridir.


Qəbirlərin və tabutların üstündə yerləşən gecəqondularda ailələr yemək yeyir, uşaqlar televizora baxır, paltar asan qadınlar...

 

Ölümün yanındakı həyat real həyatın özünü əks etdirir. Gənclər məktəbə gedir, ev tapşırıqlarını edir görür, gecələr isə bir yerə yığılıb karaoke oxuyur və birlikdə filmlərə baxırlar.


Qorxu filmi kimi səslənsə də, burada yaşayan bir çox insanlar qəbiristanlığın yaxınlıqdakı şəhərətrafı qəsəbələrdən qat-qat təhlükəsiz olduğunu düşünürlər.


Binalarda kanalizasiya və elektrik yoxdur. Ölümdən bir neçə metr aralıda yaşayan ailələr var.

 

Burada yaşayan vətəndaşların bəziləri gün ərzində işə gedir, acından ölməmək, heç olmasa, adi kasıblıq həddində yaşamaq üçün saatlarla işləyir. Bəziləri isə aylıq 15-20 azn maaşla məzarlara qulluq edir.

 

Qəbirlər 5 il icarəyə götürüldüyü üçün burada yaşayan ailələrin heç birinin burada dəfn olunmağa pulu yoxdur. Pulu olmayan ölülər kisələrdə çürüməyə buraxılır.


51 ildir burada yaşayan Elvira Miranda yaşadıqlarını belə izah edir:


“Burada insanların çoxunun gəliri yoxdur, lakin onlar vaxtaşırı iş tapıb dolanmağa çalışırlar. Ölənlərin ailələrinə gül satırıq, qəbir daşları düzəldirik və ya tabut satırıq”.

 

“Gündə 80-ə yaxın dəfn mərasimi gəlir. Bu xidmətləri istəyən çox adam var, amma ölüləri basdırmağa yer yoxdur.


Meyitlər dəfn edilərkən, qəbiristanlıq sakinləri bəzən kənarda kart oynayırlar”.


Qəbiristanlıq sakinlərinə xidmət göstərən ərzaq mağazaları da var.


Dünyanın ən izdihamlı şəhərlərindən birində, heç bir infrastrukturu olmayan qəbiristanlıqda yaşamaq hər kəs üçün çox çətindir.


Burada doğulan uşaqlar çox vaxt bütün həyatlarını burada keçirməyə məcbur olurlar. Ölülər üzərində sanki bir həyat yaşayırlar.


Kambal 11 ildir ki, qəbiristanlıqda yaşayır.


Qəbiristanlıqda yaşayan 70 yaşlı Rikardo Medinanın oğlu 2016-cı ildə narkotik satdığı üçün polis tərəfindən öldürülüb.


İndi oğlunun məzarı ilə yan-yana yaşayır.


“Onun yanında olduğuma şadam. Hər gün oyananda görürəm. Onun məzarına qulluq etmək məni xoşbəxt edir”.


Manila Şimal Qəbiristanlığı dünyanın ən qeyri-adi həyat və ölüm məkanlarından biridir...


Burada insanlar məzar daşları üzərində həyatlarını davam etdirməyə məhkumdurlar.


Fotodakı bu 22 yaşlı Lui gündüzlər supermarketə işə gedən, gecələr isə ailəsi ilə qəbiristanlıqda yaşayan gənclərdən sadəcə biridir.

 

Aynil

Sfera.az

 

Seçilən
111
Mənbələr
Şərh ()
Bağla