Ermənistanın təhlükəsizlik qüvvələri aprelin 24-də ölkənin baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın qondarma “soyqırımı” abidə kompleksinə səfəri zamanı baş vermiş insidentlə bağlı cinayət işi açıb.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, 7 nəfər həbs edilib.
Qeyd edək ki, həmin “ziyarət” zamanı Nikolun satqın olması ilə bağlı şüarlar səsləndirib.
Anna Akopyan səsləndirilən şüarları səssizcə dinləyib, kiçik qızına təsəlli verməyə çalışıb.