AZ

"Səhv üçün vaxt yoxdur, böyük bir qərar verməli olacaq"

“Liverpul”un sabiq müdafiəçisi Cimi Karrager Premyer Liqanın 29-cu turunun “Everton”la oyunundan (0:2) sonra komandanın hücumçusu Darvin Nunyesin çıxışı haqda fikirlərini bildirib.

Sportinfo.az “Liverpool Echo”-ya istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis klubun uruqvaylı futbolçu ilə bağlı qərar verməli olacağını deyib:

“O, çox şeyi yaxşı edir, rəqibə problem yaradır və gözlənilmədən qollar vurur. Amma komandaya səfərdə “Mançester Yunayted” və “Everton”a qol vura biləcək oyunçu lazımdır.

Səhv üçün vaxt yoxdur. “Liverpul bu yay Nunyeslə bağlı böyük bir qərar verməli olacaq”.

“Liverpul” İngiltərə çempionatının 34 turunun nəticələrinə əsasən 74 xal toplayıb və lider “Arsenal”dan 3 xal geri qalır.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla