AZ

Bakıda "Jiquli" aşdı, 4 yaralı var

Bakının Sabunçu rayonunda avtomobil qəzası zamanı dörd nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində olub.

1996-ci il təvəllüdlü Salmanov Salman Hüseynağa oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və avtomobildə olan üç sərnişin xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, sürücü S.Salmanov və sərnişin Rzayev Əli Zaur oğlunun vəziyyəti ağır olduğundan onlar tibb mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Nurlan Əli

Seçilən
64
8
Mənbələr
Şərh ()
Bağla