AZ

Sürücülərə təhlükə yaradan ''STOP'' nişanı - VİDEO

Sürücülər yoxuşlu yolda ''stop'' etdikdən sonra hərəkətlərinə davam edirlər. Bu da xüsusən mexaniki ötürücü nəqliyyat vasitələrinin sürücüləri üçün ciddi problem yaradır.

Söhbət paytaxtın Yasamal rayonu Süleyman Tağızadə və Abdulla Şaiq küçələrinin kəsişməsindən gedir. Sürücülər deyir ki, bu cür sərt yoxuşlu yolda stop nişanının qoyulması onlar üçün təhlükə yaradır. Ərazidən istifadə edənlər deyir ki, bu yolda tez-tez kiçik qəzalar da olur. Səbəb sürücülərin təcrübəsizliyi yox, texniki nasaz avtomobillə həmin ərazidə qalxmağın çətin olmasıdır. Çəkiliş aparıdığımız zaman da belə sürücülərə rast gəldik.

Yol hərəkəti qaydaları üzrə ekspert Yasin Mustafayev hesab edir ki, həmin ərazidə yol hərəkətinin təşkilində dəyişiklik etmək lazımdır. Bundan sonra hərəkət tam normallaşacaq.

Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən ərazidə təhlillər aparılacaq, nəticəsinə uyğun qərar veriləcək.

Daha ətraflı videomaterialda.

Seçilən
2
4
Mənbələr
Şərh ()
Bağla