AZ

Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var - FOTO

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, "Toyota" markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, Tərtər rayon sakini, 1991-ci il təvəllüdlü Habil Əbdül oğlu İsmayılov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Avtomobildə sərnişin qismində olan digər şəxsin isə ayağı sınıb və müxtəlif xəsarətlər alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Yevlaxda ağır yol qəzası olub. Hadisə rayonun Nəmərli kəndində qeydə alınıb.
Tərtər rayon sakini, 1991-ci il təvəllüdlü Habil İsmayılov "Toyota Land Crusier" markalı minik avtomibilini aşırıb.
Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən ölüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.
Bildirib ki, faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Seçilən
77
22
Mənbələr
Şərh ()
Bağla