Kanada hakimiyyəti İranın müdafiə naziri Məhəmməd Rza Aştianini sanksiyalar siyahısına əlavə edib.
E-huquq.az-ın məlumatına görə, bu barədə Kanada hökumətinin saytında bildirilib.
Qeyd olunub ki, İran Silahlı Qüvvələrinin “Xatəmül-Ənbiya” mərkəzi qərargahının komandiri Qulam Əli Rəşidə qarşı da sanksiyalar tətbiq edilib.
Sənəddə bildirilib ki. yeni məhdudlaşdırıcı tədbirlər “İran İslam Respublikasının hərəkətləri sülh və təhlükəsizliyin pozulmasına” yönəldiyinə görə tətbiq edilib.