Azərbaycanın U-17 millisi bu gün Belarusun paytaxtı Minskdə UEFA İnkişaf turnirində növbəti oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, İlham Yadullayevin komandası “ABFF Technical Center”də Özbəkistan millisi ilə üz-üzə gəlib.
Görüş Bakı özbəklərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan U-17 millisi turnir çərçivəsində ilk oyununda Belarusa 0:4 hesabı ilə uduzub.
Özbəkistan kollektivi isə Tacikistana 2:1 hesabı ilə qalib gəlib. Millimiz turnir çərçivəsində 3-cü oyununu aprelin 28-də Tacikistanaqarşı keçirəcək.