Bakı. Trend:
Kanada hakimiyyəti İranın müdafiə naziri Məhəmməd Rza Aştianinisanksiyalar siyahısına əlavə edib.
Trend-inməlumatına görə, bu barədə Kanada hökumətinin saytındabildirilib.
Qeyd olunub ki, İran Silahlı Qüvvələrinin “Xatəmül-Ənbiya”mərkəzi qərargahının komandiri Qulam Əli Rəşidə qarşı dasanksiyalar tətbiq edilib.
Sənəddə bildirilib ki. yeni məhdudlaşdırıcı tədbirlər “İranİslam Respublikasının hərəkətləri sülh və təhlükəsizliyinpozulmasına” yönəldiyinə görə tətbiq edilib.