AZ

Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNDİ

Cəlilabad rayonunda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

Bakupost.az "Report"a istinadla xəbər verir ki, onlar Cəlilabad rayon sakinləri Asif Bayramov və onun qızı Mərcan Bayramovadır.

M.Bayramovanın vəziyyəti ağır olduğu üçün o, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

19:59


Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Şabanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ 2106" markalı minik avtomobilinin yolun kənarındakı ağaclara çırpılması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla