AZ

Uğur Özdemir: “Pley-offda güclü komanda ilə qarşılaşacağıq”

“Bu matç pley-offa vəsiqə qazandığımız üçün çox əhəmiyyət kəsb etmirdi”.

İdman.biz xəbər verir ki, bunu "Xırdalan" basketbol klubunun baş məşqçisi Uğur Özdemir deyib.

Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasında müntəzəm çempionatın son oyunun şərh edib: “4-cü pilləni qorumaq istəyirdik. "Cəlilabad"la oyunda bəzi oyunçularımıza istirahət verdik. Rotasiyalı matç oldu bizim üçün. Hücumda heç bir problemimiz olmadı, amma müdafiədə səhvlərimiz var idi. Bunlar da normaldı. Ümumi mövsümə baxsaq, bizim üçün enişli-yoxuşlu oldu. Ardıcıl məğlubiyyətlərdən sonra çox uğurlu seriya yaxaladıq. Sonra yenidən problem yaşandı. Bunun da öhdəsindən gəldik və mövsümün bu hissəsini yaxşı notlarla yekunlaşdırdıq. Pley-offda güclü komanda ilə qarşılaşacağıq. Orada bütün rəqiblər təhlükəlidir. Ona görə olduğumuz yerdən məmnunuq. Qarşıdakı oyunlarda dolu tribunalarda oynamaq istəyirik. Bu bizim üçün vacib faktordu”.

Qeyd edək ki, mövsümü 4-cü pillədə başa vuran “Xırdalan” pley-offda “Neftçi” ilə qarşılaşacaq.

İdman.biz

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla