AZ

“Neftçi” ilə oyundakı rekordu təkrarlayacağımıza ümid edirik”

Aprelin 28-də Milsi premyer-liqasının 22-ci turu çərçivəsində“Sumqayıt” “Qarabağ”ı qəbul edəcək.

Bu oyun ətrafında ajiotaj böyükdü. Çempionun Sumqayıta qonaq getməsi öz yerində, yerli komanda da avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Görəsən, bu önəmli oyuna indiyə qədər nə qədər bilet satılıb? “Sumqayıt”ın mətbuat katibi Zaur Xudiyev “Football-plus.az”a bu haqda məlumat verdi:

“Hazırda 3000 civarında bilet satılıb, düşünürük ki, bilet satışı daha da artacaq. Oyuna hələ üç gün var. “Neftçi” ilə açılış oyununda mövsümün rekordu qırılmışdı. Stadionda 8100 nəfər var idi. Biz arzulayırıq, ümid edirik ki, mövsümün rekordunu yenidən təkrarlayarıq. Ən azı ona yaxın bir rəqəm əldə edərik.Zamanla görəcəyik nə qədər azarkeş olacaq. Hazırda bilet satışı dəvam edir. Azarkeşlər həm “İticket.az”a, həm stadionun yaxınlığındakı kassalara, həm də 1 saylı “ASAN Xidmət”ə yaxınlaşıb bilet əldə edə bilərlər”.


ELMİN
Seçilən
66
Mənbələr
Şərh ()
Bağla