Aİ qarşıdakı illərdə böyük zəifləmə riskləri ilə üz-üzədir və Avropa dağıla bilər. Bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.
“Növbəti illərdə zəifləmə və hətta çökmə riskləri yüksəkdir. Biz aydın olmalıyıq. Avropa ölümcüldür və ölə bilər”, – Makron Sorbonnadakı çıxışında deyib.
Makron əlavə edib ki, Avropa üçün yoxsullaşma riskləri böyükdür, ona görə də Aİ-nin strateji və texnoloji cəhətdən müstəqil qalma zərurətini xatırladan yeni böyümə və inkişaf strategiyasına ehtiyacı var.