AZ

Fatih Terimin komandasını 3 azərbaycanlıya tapşırdılar

Əliyar Ağayev Yunanıstan Super Liqası oyununa təyinat alıb.

Sportinfo.az xəbər verir ki, FIFA referisi çempionluq qrupunun “Panatinaikos” – “Aris” matçına təyinat alıb. Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü funksiyasını Fotis Poliçronis yerinə yetirəcək. VAR-da isə Andrea Fotopulos və Kamal Umudlu olacaq.

Qarşılaşma 28 aprel tarixində Bakı vaxtilə saat 21:30-da start götürəcək.

“Panatinaikos”un baş məşqçisi türkiyəli mütəxəssis Fatih Terimdir.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla